• Yumurta ağlarını necə çalmalı? - FOTO DƏRS

Reseptin məlumatları Baxış sayı: 11 716

Tarix : 2-01-2017, 21:00

Bölmə : Foto reseptlər / Praktik reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Darya Gahramanova


Döyülmüş yumurta ağı bir çox desertlərin vacib komponentidir. Xüsusi üsulla bir çox şəkər ilə çırpılmış qatı yumurta ağlarına mereng deyilir. Merenq krem kimi, tort bəzək kimi və beze üçün istifadə olunur. İndi isə mən sadə yumurta ağlarının çırpınması barədə danışacam. Alınan qatı köpük bir çox xəmirlərə yüngüllük vermək üçün əlavə olunur. Niyə ki buna ayrıca məqalə həsr edirəm? Birincisi, yumurta ağı çırpmaq ilə əlaqəli problemlərin qarşısını almaq üçün bir neçə qaydalar xatırlamaq lazımdır. İkincisi, bu məqalədə bir qədər reseptlərdə rast olunan "yumşaq" və "bərk pik" barədə izah olunur.
Yumurtaların ağlarını sarılarından ayırarkən, çalışın ki, ağlarına bir damcı belə sarısı düşməsin. Qab tərtəmiz olmalıdır. Yumurta ağları soyuq olmamalıdırıar, və onları aşağı sürətlə çalmaq lazımdır, əks halda çırpılmış ağlar qeyri-sabit alınacaqlar. Ağlara qatılığı verən şəkər tozudur. Çırpmaqdan əvvəl bir çimdik duz əlavə edin.

Beləliklə, otaq temperaturu olan yumurta ağlarını bir çimdik duz ilə aşağı sürətlə çalmağa başlayın. Kütlə sürətli köpüklənəcək, daha sonra bir az sabitləşər.

Yumurta ağlarını necə çalmalı? - FOTO DƏRS

Yumurta ağlarını necə çalmalı? - FOTO DƏRS


Yumurta ağlarını çalarkən tədricən, qaşıq-qaşıq şəkər pudrası əlavə etməyə başlayın. Mikserin sürətini bir az artırın. Vaxt keçdikcə kütlədə mikserin izləri qalacaq.

Yumurta ağlarını necə çalmalı? - FOTO DƏRS

Yumurta ağlarını necə çalmalı? - FOTO DƏRS


İndi ağlarının qatılığını yoxlamaq üçün mikseri vaxtdan vaxta dayandırmaq lazımdır. Əgər mikseri qaldırmaqla kütlə çəngələrin dalınca qalxır və onun ucu yavaş yavaş düşür, siz "yumşaq pik" mərhələsinə çatmısınız.

Yumurta ağlarını necə çalmalı? - FOTO DƏRS


Əgər reseptə əsasən sizə yumşaq yox, bərk pik lazımdırsa, ağları çalmağa davam edin. Ağlar qatı, parıldayan kütləyə dönəcəklər. Mikseri qaldırmaqla kütlə çəngələri dalınca qalxır, ucu artıq düşmür. Qabı çevrilməklə kütlə sürüşmürsə, "bərk pik" mərhələsinə nail olmusunuz. Reseptlərin çoxusunda məhz bu halda olan yumurta ağları istifadə olunur.
Vacibdir! Bu mərhələyə çatan kimi, çalmağı dayandırın.

Yumurta ağlarını necə çalmalı? - FOTO DƏRS

Etiketlər: yumurta, olunur, əlavə, kütlə, ağlarını, ağları, yumşaq, lazımdır, şəkər, çırpılmış, mikseri, dalınca, çalmağa, yavaş, qalxır, Yumurta, mərhələsinə, qaşıq, çimdik, halda
BİZİ İZLƏYİN