• Pankeyk resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 391

Tarix : 3-01-2017, 17:00

Bölmə : Foto reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Darya Gahramanova


Tərkibi:
un - 1 stəkan (130 q)
şəkər tozu - 50 q
duz - 1 çimdik
qabartma tozu - 1 ç. q.
süd - 1 stəkan (200 ml)
yumurta - 1 dənə
kərə yağı, ərinmiş - 30 q

Hazırlanması:
Ərzaqlar otaq hərarətində olmalıdırlar. Ərinmiş yağ soyumalıdır. Unu, şəkər tozunu, duzu və qabartma tozunu qarışdırın.

Pankeyk resepti - FOTO RESEPT

Pankeyk resepti - FOTO RESEPT


Digər kasada isə südü, yumurtanı və kərə yağını qarışdırın. Duru qarışığı quru kütləyə əlavə edib qarışdırın, lakin çalmayın. Nahamar kütlə alınmalıdır.

Pankeyk resepti - FOTO RESEPT

Pankeyk resepti - FOTO RESEPT


Alınmış kütlədən yağlanmış tavada pankeykləri iki tərəfdən qızardın. Mən silikon dairələr istifadə etmişdim, lakin bu vacib deyil: xəmiri qaşır ilə tavaya tökün. Çalışın ki, xəmir çox yayılmasın, və pankeyklərin arasında məsafə qalsın.

Pankeyk resepti - FOTO RESEPT

Pankeyk resepti - FOTO RESEPT


Hazır pankeykləri isti vəziyyətdə sevimli sousla süfrəyə verin. Nuş olsun!

Pankeyk resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qarışdırın, lakin, stəkan, tozunu, pankeykləri, qabartma, şəkər, qaşır, tavaya, tökün, vacib, istifadə, dairələr, etmişdim, Çalışın, deyil, xəmiri, pankeyklərin, sousla, sevimli
BİZİ İZLƏYİN