• Zəncəfil şəkərləməsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 11 219

Tarix : 9-01-2017, 16:00

Bölmə : Foto reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
200 q zəncəfil
200 ml su
400 q şəkər tozu (şərbət üçün)
əlavə şəkər tozu (şəkərləmə üçün)

Hazırlanması:
Yaxşı olar ki, iri zəncəfil kökü alasınız. Çoxlu çıxıntıları olanları doğramaq çətin olur.

Zəncəfili təmizləyib 4-5 sm uzunluqlu nazik, 2-3 mm enində çubuqlara doğrayın.

20-30 dəqiqə, yumşalınca suda bişirin. Sonra bunları çıxarıb suyuna şəkər tozu tökün, qaynadın. Şərbət qaynayanda zəncəfili yenidən qazana qaytarın, 20-30 dəqiqə, zəncəfil şəffaflaşanadək bişirin.

Kəfkirin köməyi ilə az-az çıxarın, şirəsi qazana süzüldükdən sonra qaba tökülmüş şəkər tozunun üzərinə yığın, hərtərəfli şəkərə batırın, aralı düzün. 2 saat şəkər tozunun üzərində qurumasını gözləyin.

Ağzı hermetik bağlanan qabda saxlayın, yoxsa bərkiyər.

Yerdə qalan şərbəti müxtəlif şirniyyatın hazırlanmasında istifadə edə bilərsiniz - maffinə, blinçiklərə qata, sadəcə çaya əlavə edə bilərsiniz.

Zəncəfil şəkərləməsi resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: şəkər, zəncəfil, tozunun, bişirin, qazana, bilərsiniz, dəqiqə, əlavə, düzün, aralı, üzərində, gözləyin, batırın, qurumasını, üzərinə, sonra, süzüldükdən, tökülmüş, yığın, hərtərəfli
BİZİ İZLƏYİN