• Burfi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 19 866

Tarix : 9-08-2014, 23:04

Bölmə : Foto reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q kərə yağı
200 q şəkər tozu
1 paket vanilli şəkər
225 ml 35%-li qaymaq
450 q 25%-li quru süd
qovrulmuş keşyu (bəzək üçün)

Hazırlanması:
Kərə yağı, şəkər tozu, vanilli şəkəri bir qazanda qarışdırın, ocağın üstünə qoyun (teflon örtüklü qazandan istifadə etməyin, heç nə alınmaya bilər).
Burfi resepti - FOTO RESEPT


Şəkər tozu əriyənədək qarışdırın. Eynicinsli kütlə alınmalıdır.

Qaymaq əlavə edib qarışdırın, qaynara düşəndən sonra daha 5 dəqiqə bişirin.
Burfi resepti - FOTO RESEPT


Ləyənə töküb bir az soyudun.

Kənarı hündür dördbucaqlı formanın içinə qida plyonkası çəkin, yağlayın.

Azca soyumuş kütləyə quru süd əlavə edib mikserlə qatılaşıb çalmaq çətinləşənədək çalın.
Burfi resepti - FOTO RESEPT


Kütləni hazırladığınız formaya döşəyin.
Burfi resepti - FOTO RESEPT


Əlinizi isladıb bürfinin üzərini hamarlayın.

Bıçaqla üzərində perpendikulyar şəridlər çəkin (bərkiyəndən sonra isə kvadradlara bölün, hər birinin ortasına qovrulmuş keşyu basın).

Soyuducuda 6 saat saxlayın.

Donmuş burfini bıçaqla nişanladığınız yerlərdən kvadratlara bölün.
Burfi resepti - FOTO RESEPT


Bu şirniyyatı soyuducuda saxlamaq lazımdır. Ancaq düzgün hazırlanıbsa, otaq temperaturunda əriməyəcək.
Burfi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: Burfini, şəkər, qarışdırın, sonra, çəkin, keşyu, qovrulmuş, vanilli, bölün, əlavə, perpendikulyar, Bıçaqla, üzərində, bərkiyəndən, kvadradlara, hamarlayın, şəridlər, döşəyin, Kütləni, çalın, çətinləşənədək
BİZİ İZLƏYİN