• Krem katalana desert resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 116

Tarix : 13-08-2014, 00:00

Bölmə : Foto reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
3-6%-li 1 l süd
180 q şəkər tozu
1 darçın budağı
1 portağalın sedrası
25 q qarğıdalı nişastası (yaxud 12 q kartof nişastası)
7 yumurtanın sarısı
6 ç.q. qəhvəyi şəkər (karamel "qazmağı" üçün)

Hazırlanması:
Krem katalana desert resepti - FOTO RESEPT


Nişastanı 150 ml süddə əridin. Südün qalanını qazana tökün, şəkər tozu, sedra və darçın əlavə edin.
Krem katalana desert resepti - FOTO RESEPT


Qaynara düşəndə ocaqdan götürün.

Yumurta sarılarını ələkdən keçirin, nişastalı qarışıqla çalın.
Krem katalana desert resepti - FOTO RESEPT


Qaynar südü süzün, sonra yenidən qazana qaytarın.

Daim qarışdıraraq yumurta qarışığını nazik axınla əlavə edin.

Vam odda qatılaşınca qarışdıra-qarışdıra bişirin. Taxta qaşığı kremə salın, sonra çıxarıb barmağınızla ortasında xətt çəkin, əgər izi aydın və uzun müddət qalırsa, deməli, krem hazırdır.
Krem katalana desert resepti - FOTO RESEPT


Ancaq ehtiyatlı olun, çox bişirsəniz, kremin tərkibindəki yumurta sarıları bərkiyərək lopa əmələ gətirəək.

Kremi kremankalara paylayın.
Krem katalana desert resepti - FOTO RESEPT


Soyuducuda tam soyudun. Süfrəyə verərkən üzərinə qəhvəyi şəkər səpin (ad idə olar), alışqanla yandırın.
Krem katalana desert resepti - FOTO RESEPT

Krem katalana desert resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, sonra, qazana, əlavə, nişastası, qəhvəyi, qarışdıra, darçın, yumurta, müddət, aydın, qalırsa, hazırdır, Ancaq, çəkin, deməli, ortasında, bişirin, kremə, qaşığı
BİZİ İZLƏYİN