• Şahmat qəlyanaltısı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 188

Tarix : 13-08-2014, 16:00

Bölmə : Foto reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
blinçiklər (istənilən reseptlə öz zövqünüzə görə hazırlaya bilərsiniz)
kahı
bişmiş ət (mal, toyuq)
qızardılmış soğan
xırdalanmış qoz
sürtgəcdən keçirilmiş pendir (zövqünüzə görə)
sarımsaq (pendirli iç üçün)
mayonez
duz

Hazırlanması:
Qəlyanaltını hazırlayacağınız qabın içinə qida plyonkası çəkin. Kənarları asılı qalsın.
Şahmat qəlyanaltısı resepti - FOTO RESEPT


Nazik blinçiklər bişirin.

Bir neçə blinşiki hazırladığınız qabın içinə yığın, kənarları sallansın.
Şahmat qəlyanaltısı resepti - FOTO RESEPT


Blinçiklərin içinə qovrulmuş soğan, qoz və mayonezlə qarışdırılmış ət maşınından keçirilmiş əti yığıb rulet kimi bükün.

Şahmat qəlyanaltısı resepti - FOTO RESEPT


Kahı yarpaqlarının içinə sarımsaq və mayonez qatılmış sürtgəcdən keçirilmiş pendir qoyub rulet kimi bükün.
Şahmat qəlyanaltısı resepti - FOTO RESEPT


Sonra rületləri rənglərinə görə növbələyərək yan-yana və üst-üstə elə yığın ki, kəsimdə şahmat lövhəsini xatırlatsın.
Şahmat qəlyanaltısı resepti - FOTO RESEPT


Altdakı blinçiklərin sallanan kənarlarını qəlyanaltının üstünə çəkin (bununla da sanki onu tamamilə bələyirsiniz).

Qida plyonkasını üstünə çəkin, ən azı 10 saat yük altda saxlayın.

Qeyd: bu qəlyanaltı üçün çox böyük qab götürməyin, o zaman həm ərzağınız çox gedəcək, həm də kəsimdə lazım olan effekti almaq çətin olacaq.

Süfrəyə verməzdən əvvəl yastı buluda tərs çevirin. Doğrayın.
Şahmat qəlyanaltısı resepti - FOTO RESEPT

Şahmat qəlyanaltısı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: içinə, keçirilmiş, çəkin, sarımsaq, pendir, üstünə, mayonez, qabın, yığın, sürtgəcdən, kəsimdə, rulet, bükün, zövqünüzə, blinçiklər, soğan, bələyirsiniz, tamamilə, plyonkasını, altda
BİZİ İZLƏYİN