• Sitrus zərifliyi konfeti resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 168

Tarix : 23-08-2014, 22:00

Bölmə : Foto reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Üzdən "Raffaello"ya bənzəsə də, dadı tam başqadır. Ətri də gözəldir, dadı da.

Tərkibi:
2 portağal
1 limon
100 ml su
150 q şəkər tozu
4 x.q. manna yarması
75 q keşyu
kokos yonqarı

Hazırlanması:
Portağal və limonun sedrasını çıxarın, sonra isə şirəsini sıxın (təxminən 225 ml alınır).
Sitrus zərifliyi konfeti resepti - FOTO RESEPT


Qalın dibli qazana su, şirə, sedra və şəkər tozunu tökün. Ocağın üstə qoyun. Qaynara düşəndən sonra 3 dəqiqə qaynadın. Dayanmadan qarışdıraraq nazik axınla manna yarmasını qaynayan şirəyə əlavə edin. Qarışdırmağı saxlamadan 5-7 dəqiqə də bişirin.
Sitrus zərifliyi konfeti resepti - FOTO RESEPT


Şirə qatılaşacaq. Qazanı ocaqdan götürün. Bir az soyudun.
Sitrus zərifliyi konfeti resepti - FOTO RESEPT


Bu müddətdə keşyunu blender və ya qəhvəüyüdəndə un halına gələnədək xırdalayın (içində qum kimi hissəciklər qalsa da, pis olmaz). Bunu əsas qarışığa əlavə edin.
Sitrus zərifliyi konfeti resepti - FOTO RESEPT


Yaxşıca qarışdırın.
Sitrus zərifliyi konfeti resepti - FOTO RESEPT


Sonra xırda-xırda qopararaq kündələyin, kokos yonqarına batırın (düzdür, əlinizə yapışacaq, amma dadına dəyər).
Sitrus zərifliyi konfeti resepti - FOTO RESEPT


Təxminən 25 ədəd alınacaq. Süfrəyə tam soyuyandan sonra verin.
Sitrus zərifliyi konfeti resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: sonra, xırda, şəkər, manna, kokos, dəqiqə, əlavə, halına, gələnədək, xırdalayın, qalsa, hissəciklər, içində, qəhvəüyüdəndə, keşyunu, Qazanı, qatılaşacaq, bişirin, ocaqdan, götürün
BİZİ İZLƏYİN