• Qarpız kokteyli resepti

Reseptin məlumatları Baxış sayı: 3 371

Tarix : 26-09-2018, 12:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 böyük dilim qarpız
1 stəkan qarpız suyu
1 stəkan Hindistan qozu və ya şaftalı likörü
Qarpız məti
Şəkər tozu
Xırda qarpız dilimləri
Təzə nanə

Hazırlanması:
Bir gecə əvvəldən 2 dilim qarpızı kub şəklində doğrayın, ağzı qapaqlı qabda buzluğa qoyun. Digər iki qarpız dilimini blendrda çəkin, nazik süzgəcdən süzün, suyunu və mətini ayırın. Qədəhlərin ağzı yerləşə biləcək böyüklükdə iki kasa götürün. Kasanın birinə qarpızın mətini, digərinə şəkər tozunu tökün. Qədəhləri əvvəl qarpızın mətinə batırıb, bir-iki dəfə çevirin. Sonra eyni formada şəkər tozuna batırıb, buzluğa qoyun.

Gecə buzluğa qoyduğunuz qarpız dilimlərini likörlə birlikdə blendrdan çəkin. Qarpız suyunu da töküb təkrar blendrdan keçirin. Kokteyl hazırdır.

Buzluğa qoyduğunuz qədəhləri kənarlarına toxunmayacaq şəkildə kokteyllə doldurun, xırda qarpız dilimi və təzə nanə ilə bəzəyib servis edin.

Nuş olsun!
Etiketlər: qarpız, buzluğa, suyunu, blendrdan, çəkin, mətini, batırıb, şəkər, qarpızın, qoyduğunuz, qoyun, stəkan, Qarpız, dilim, servis, tozuna, dilimi, dilimlərini, formada, bəzəyib
BİZİ İZLƏYİN