• Kvas resepti

Reseptin məlumatları Baxış sayı: 28 926

Tarix : 19-09-2014, 21:00

Bölmə : İçkilər

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Rus mətbəxində kvasın müxtəlif reseptləri var, biz sizə ballı-nanəli kvas reseptini təqdim edirik.

Kvası hazırlamaq çətin deyil və çox müxtəlif reseptləri var.

Tərkibi:
800 q çovdar çörəyi (və ya 400 q suxarısı)
6 l su
200 q şəkər tozu
30 q nanə
2 x.q. bal

Mayalı acıtma:
11 q quru maya
100 ml isti su

Hazırlanması:
Mayalı acıtma üçün quru mayanı isti suda əridin. Bir kənara qoyub acımasını gözləyin.

Çovdar çörəyini xırda doğrayıb 200 dərəcə qızdırılmış sobada 15 dəqiqə qurudun.

Alınan suxarıların üstünə 6 l qaynar su tökün. 10-12 saat saxlayıb süzün. Bu suyu qazana tökün. Ocağın üstünə qoyun. Qaynara düşəndə doğranmış nanə əlavə edin, qaynayandan sonra şəkər tozu əlavə edin. Qarışdırın. 30 dərəcəyədək soyudun. Mayalı acıtmanı və balı əlavə edin. Qarışdırın, ağzını cuna ilə örtün. İsti yerə qoyub, üzərində qatı köpük əmələ gələnədək saxlayın.
Köpüyü ehtiyatla yığın. Suyu cunadan süzün. Butulkalara süzün, ancaq ağzınadək doldurmayın. Ağızlarına mantar vurun, soyuq yerdə saxlayın. 12 saatdan sonra kvas hazır olacaq.

Nuş olsun!
Etiketlər: Mayalı, süzün, əlavə, şəkər, sonra, qoyub, saxlayın, Qarışdırın, reseptləri, üstünə, müxtəlif, tökün, örtün, üzərində, Qaynara, köpük, düşəndə, ağzını, doğranmış
BİZİ İZLƏYİN