• Zəfəranlı lassi resepti

Reseptin məlumatları Baxış sayı: 13 696

Tarix : 23-09-2014, 13:00

Bölmə : İçkilər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Bu maraqlı təam hind mətbəxinə aiddir.

Tərkibi:
2 st. təzə turşməzə qatıq
2 x.q. şəkər tozu
0,5 st. soyuq süd
1/4 ç.q. hil tozu
8-10 ədəd zəfəran teli
badam və ya fıstıq (bəzək üçün)
buz

Hazırlanması:
Zəfəranı 1 x.q. qaynar süddə isladın. Sonra əzə-əzə qarışdırın.

Qatıq, zəfəranlı süd, şəkər tozu, hil və südün qalanını blenderdə eynicinsli köpüklü maye alınınca çalın.

Stəkanlara süzün, buz qoyun. Xırdalanmış fıstıq və zəfəranla bəzəyin. Süfrəyə soyuq verin.

Nuş olsun!
Etiketlər: şəkər, fıstıq, soyuq, çalın, alınınca, köpüklü, südün, qalanını, blenderdə, eynicinsli, Stəkanlara, qoyun, Süfrəyə, verin, olsun, bəzəyin, zəfəranla, zəfəranlı, Xırdalanmış, süzün
BİZİ İZLƏYİN