• Quru qaysıdan hazırlanan kompot resepti

Reseptin məlumatları Baxış sayı: 3 700

Tarix : 11-03-2018, 20:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
600 qram quru qaysı
1 su stəkan şəkər tozu
2 litr su
2ədəd mixək
limon duzu

Hazırlanması:
Qaysıların dağılmaması üçün vam atəşdə qaynatmağa üstünlük verin. Qaysının şəkər miqdarı artıq olduğuna görə ona əlavə olunan şəkər tozu azaldılmalıdır. Qabıqsız badam və quru üzüm kimi fərqli quru meyvələrdən də dadlı kompot bişirmək olar.

Qaysıların zədələnmiş yerlərini təmizləyib bol suda yumaq lazımdır. Böyük olan qaysıları dörd yerə bölmək olar. Su və şəkər tozunu qarışdırıb qaynamağa qoyun. Qaynadıqdan sonra suya doğranmış qaysı,mixək və limon duzu əlavə edin. Qaysılar yumşalana kimi, təxminən 10-15 dəqiqə vam atəşdə qaynadın. Daha sonra isə bişmiş kompotu soyudararaq istifadə edin.
Etiketlər: şəkər, sonra, qaysı, Qaysıların, əlavə, atəşdə, limon, mixək, lazımdır, qoyun, Qaynadıqdan, qaynamağa, tozunu, qaysıları, Böyük, bölmək, qarışdırıb, yumşalana, bişmiş, kompotu
BİZİ İZLƏYİN