• Qarpız şərbəti resepti

Reseptin məlumatları Baxış sayı: 15 765

Tarix : 29-09-2014, 15:00

Bölmə : İçkilər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 qarpızın yarısı
2 nanə budağı
0,5 st. şəkər tozu
1,5 st. ilıq su
1 ç.q. darçın
0,5 limon şirəsi
buz
4 st. limonad

Limonad üçün:
4 st. su
1 st. şəkər tozu
4 limon

Bəzək üçün:
nanə yarpaqları

Hazırlanması:
Limonad üçün: su ilə şəkər tozunu qaynadıb soyudun. Limonların şirəsini çıxarıb süzün, şərbətə əlavə edin.

Qarpızı dilimləyib tumlarını çıxarın. Əlinizlə basaraq ələkdən keçirin. Suyunu süzüb bir qaba yığın.

Nanəni xırda doğrayın, qarpız suyu, şəkər tozu, su, darçın, limon şirəsi ilə yaxşıca qarışdırın. Hazırladığınız limonadı da əlavə edib qarışdırın, buz dolabında 1 saat saxlayın.

Badələrə buz parçaları yerləşdirin, üstünə qarpız şərbəti tökün, nanə yarpaqları ilə bəzəyin. Süfrəyə soyuq verin.

Nuş olsun!
Etiketlər: şəkər, limon, şirəsi, qarpız, yarpaqları, Limonad, darçın, qarışdırın, əlavə, dolabında, limonadı, Hazırladığınız, doğrayın, yığın, Nanəni, xırda, saxlayın, yaxşıca, üstünə, Süfrəyə
BİZİ İZLƏYİN