• Qovun şərbəti resepti

Reseptin məlumatları Baxış sayı: 14 249

Tarix : 29-09-2014, 19:00

Bölmə : İçkilər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 qovunun yarısı
1 portağal
0,5 st. şəkər tozu
1,5 st. ilıq su
buz
4 st. limonad

Limonad üçün:
4 st. su
1 st. şəkər tozu
4 limon

Hazırlanması:
Qovunu və portağalı soyub dilimləyin, sürtgəcdən keçirib süzün, suyunu bir qaba yığın. Şəkər tozu və ilıq su əlavə edib qarışdırın.

Limonad üçün su ilə şəkər tozunu qaynadıb soyudun. Limonların şirəsini sıxıb süzün, şərbətə əlavə edin.
Böu limonadı, qovun və portağal şirələrini qarışdırın, buz dolabında 1 saat saxlayın.

Süfrəyə verərkən badələrə buz parçaları salın, qovun şərbətini üstündən süzün.

Nuş olsun!
Etiketlər: şəkər, süzün, əlavə, qovun, Limonad, qarışdırın, portağal, şirələrini, dolabında, saxlayın, qovunun, limonadı, şirəsini, sıxıb, şərbətə, Süfrəyə, şərbətini, üstündən, olsun, salın
BİZİ İZLƏYİN