• Zəncəfil çayı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 56477

Tarix : 30.09.2014, 16:00

Bölmə : İçkilər, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Əslində, bunu çay adlandırmaq düzgün deyil, axı tərkibində çay yarpaqları yoxdur. Amma biz müxtəlif otlardan dəmləmələri də "çay" adlandırırıq. Zəncəfil çayını soyuq günlərdə, xüsusilə dəyişkən havalarda, soyuqdəymə zamanı içmək daha məsləhətlidir, çünki zəncəfilin antiseptik xüsusiyyətləri güclüdür.

Tərkibi (2 fincan):
təzə zəncəfil
5-6 hil dənəsi
2 şərid limon sedrası
limon şirəsi - zövqə görə
bal - zövqə görə
Zəncəfil çayı resepti - FOTO RESEPT


Hazırlanması:
Zəncəfili sürtgəcdən keçirin, yaxud da bıçaqla çox xırda doğrayın.
Zəncəfil çayı resepti - FOTO RESEPT


Dəm çaynikinə qoyun, hil və limon sedrasını əlavə edin, üstünə 500 ml qaynar su tökün.
Dəmləyin. Üstünü örtüb 5 dəqiqə saxlayın.
Zəncəfil çayı resepti - FOTO RESEPT


Fincanlara süzün. Zövqə görə limon şirəsi və bal əlavə edin.
Zəncəfil çayı resepti - FOTO RESEPT


Nuş olsun!


Etiketlər: limon, zövqə, əlavə, şirəsi, yaxud, bıçaqla, xırda, doğrayın, keçirin, Zəncəfili, şərid, sedrası, Hazırlanması, çaynikinə, sürtgəcdən, sedrasını, saxlayın, dəqiqə, Fincanlara, süzün
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN