• Mineral su şüşəsində meyvə suyunu necə hazırlamaq olar?

Reseptin məlumatları Baxış sayı: 4 047

Tarix : 16-06-2019, 12:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 kq yetişmiş gavalı,
3 litrə su,
2 su stəkanı şəkər,

Hazırlanması:
Gavalını təmizləyin və təmiz yuyun.
Yuduğunuz gavalını aşsüzənə yığın suyu süzülsün.
Suyu süzülən gavalıları bıçağın köməyi ilə ikiyə bölün və çəyirdəklərini çıxardın.
Konserva hazırladığınız böyük ölçülü şüşə bankalar ilə 3 litrə su qoyun və gavalını bişməyə qoyun.
Gavalı bişdikdən sonra ocağı söndürün.
Blenderin yardımı ilə bişirdiyiniz gavalını əzərək püre halına salın.
Pürenin qatılığını və şirnisini öz zövqünüzə görə ayarlaya bilərsiniz.
Şəkəri əlavə edib yenidən ocağa qaynamağa qoyun.
Qaynamağa başladıqdan sonra 15-20 dəqiqə yetərli olar ocağın altını söndürün və soyumağa qoyun.
Şüşələri təmiz təmiz yuyun.
Qabyuyan maşnada tamamən quruduqdan sonra hazırladığınız gavalı pürəsini şüşələrə doldurun.
Şüşələrin ağzını möhkəm bağlayın ki. hava işləməsin.
Yenidən qabyuyanda ən uzun və ən isti temperaturda yuyun.
Sərin və günəş almayan bir yerə qaldırın.

Not:
Meyvə suyu hazırlamaq üçün bir az yetişmiş meyvələri tərcih etməyiniz lazımdır.
Hazırlayıb süşələrə doldurun və isti havalarda sərin-sərin içməyiniz üçün bu yazını yazdım.
Bunu bütün mövsüm meyvələri ilə hazırlaya bilərsiniz.
İlla da ki, şüşələrə doldurmaq məcburiyyətində deyilsiniz. Hazırlayıb soyuducuya qoyaraq, bir iki gün içərisində istifadə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qoyun, yuyun, sonra, gavalını, bilərsiniz, təmiz, gavalı, hazırladığınız, Hazırlayıb, yetişmiş, şüşələrə, sərin, doldurun, söndürün, meyvələri, litrə, möhkəm, ağzını, Şüşələrin, bağlayın
BİZİ İZLƏYİN