• Evdə hazırlanan şalğam suyu resepti

Reseptin məlumatları Baxış sayı: 8 802

Tarix : 3-02-2019, 12:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq. qara kök,
1 orta boy qırmızı çuğundur,
1 dənə şalgam turpu ,
1 yemək qaşığı quru maya,
2 yemək qaşığı unlu yarma ,
3-4 tikə qədər mayalı çörək,
1 şirniyyat qaşığı şəkər,
Bir kiçik ovuc noxud,
1 yemək qaşığı duz,
Acı istəsəniz 9-10 dənə acı uzunsov bibər,

Hazırlanması:
Havuçların qabıqlarını incəcik soyun, uzununa əvvəl ikiyə sonra 4-ə bölün.
5 kq- lıq bidona yerləşdirin.
Çuğundurun qabıqlarını soyun, iri- iri doğrayın və onu da bidona atın.
Təmiz bir tənzifin içinə, çörək, maya, şəkər və yarmanı qoyub tənzifə möhkəmcə bağlayıb bidonun içinə qoyun.
Noxudlarıda bidonun içinə atın.
Üzərinə duz atın və bidonu ağzına qədər su doldurun.
Ağzına təmiz bir paket qoyaraq , qapağı möhkəmcə bağlayın.
Günəş görməyən bir yerdə 20-25 gün saxlayın.
Hava çox soyuqdursa bu müddət uzana da bilər.
Bu müddətdən sonra şalgam suyunun ağzını açıb bidonu içindən tənzifi çıxardın.
Şalğam suyunu sonra soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: qaşığı, sonra, yemək, içinə, bidona, şəkər, soyun, saxlayın, çörək, möhkəmcə, şalgam, bidonu, qabıqlarını, bidonun, qədər, bağlayın, Günəş, Ağzına, doldurun, ağzına
BİZİ İZLƏYİN