• Təbii üzüm suyu resepti

Reseptin məlumatları Baxış sayı: 4 262

Tarix : 8-04-2019, 12:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 kq qara üzüm,
Süzmək üçün cuna

Hazırlanması:
Üzümləri təmiz yuduqdan sonra geniş bir qazana yığın.
Suyunu yaxşı verməsi üçün üzümləri bir az ovxalayın.
Ovxaladıqdan sonra üzümlərin üzəri örtülənə qədər su əlavə edib ocağın üzərinə qoyun.
Ocaqda 10 dəqiqə qaynadıqdan sonra ocağı söndürüb üzüm suyunun soyumasını gözləyin.
Su soyuduqdan sonra üzümləri yenidən bir az da ovxalayın ki, suyunu tamamən versin.
Bundan sonra isə başqa bir qazanın ağzına cuna keçirdin və hazırladığınız üzüm suyunu bu qazana süzün.
Bu şəkildə bir gecə saxlayın .
Şəkər qatılmadan hazırladığınız təbii üzüm suyu artıq hazırdır.
Gündə 1 çay stəkanı təbii qara üzüm suyu içərək bütün xəstəliklərdən qoruna bilərsiniz.

Nuş olsun!
Etiketlər: sonra, üzümləri, ovxalayın, hazırladığınız, suyunu, qazana, təbii, qazanın, ağzına, keçirdin, qoruna, başqa, Bundan, yenidən, bilərsiniz, tamamən, versin, süzün, şəkildə, bütün
BİZİ İZLƏYİN