• Çiyələkli limonad resepti

Reseptin məlumatları Baxış sayı: 3306

Tarix : 17.12.2020, 12:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qram çiyələk
3 ədəd limon
5 xörək qaşığı şəkər tozu
5 stəkan su
5 ədəd nanə yarpağı

Hazırlanması:
1. Çiyələkləri təmiz yuyun və saplaqlarını kəsin.
2. Limonların qabıqlarını rəndənin kiçik gözündən keçirdikdən sonra, suyunu sıxın.
3. Kiçik parçalara böldüyünüz çiyələkləri yeni sıxılmış limon suyu ilə blenderin qabına yığın.
4. 1 stəkan suda əritdiyiniz şəkər tozuna rəndələnmiş limon qabıqlarını əlavə edib blenderin qabına tökün.
5. Bu qarışımı püre halına gələnə qədər qarışdırın.
6. Qalan suyu əlavə edib qarışdırma prosessini bir neçə dəqiqə davam etdirin.
7. Daha sonra soyuması üçün soyuducuya qoyun. Soyuduqdan sonra istəyə görə nanə yarpaqları və buz parçaları ilə süfrəyə təqdim edə bilərsiniz.

Nuş olsun!


Etiketlər: sonra, limon, blenderin, əlavə, qabıqlarını, qabına, stəkan, şəkər, Qalan, qarışdırma, prosessini, dəqiqə, qarışdırın, qədər, tökün, qarışımı, halına, gələnə, davam, etdirin
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN