• Qlintveyn resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 956

Tarix : 7-11-2014, 20:00

Bölmə : İçkilər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
750 ml qırmızı şərab
1 portağal
5 mixək
1/4 ç.q. muskat cevizi
1 budaq darçın (yaxud 0.5 ç.q. üyüdülmüş darçın)
1 ç.q. üyüdülmüş zəncəfil
2-3 x.q. şəkər tozu
Qlintveyn resepti - FOTO RESEPT


Hazırlanması:
Soyuq qış axşamlarında qızınmaq üçün qonaqlarınıza bu içkini təklif edə bilərsiniz. Göstərilən ərzaqlardan əlavə, bal, alma, kişmiş, ədviyyat qismində cirə, istiot və hil də əlavə edə bilərsiniz.

Qazançanın içində mixək, muskat cevizi, darçın və zəncəfili qarışdırın. 100 ml su əlavə edib ocağın üstünə qoyun. Qaynara düşəndə götürün. 10 dəqiqə saxlayın. Sonra süzün.
Portağalı halqa doğrayın.
Qazançaya şərab tökün, ədviyyat dəmləməsini və şəkər tozu əlavə edin. Sonra portağalı əlavə edin. Qaynara düşmək istəyəndə götürün. Qəti surətdə qaynatmayın.
Süfrəyə isti-isti verin.
Qlintveyn resepti - FOTO RESEPT

Qlintveyn resepti - FOTO RESEPT

Qlintveyn resepti - FOTO RESEPT

Qlintveyn resepti - FOTO RESEPT

Qlintveyn resepti - FOTO RESEPT

Qlintveyn resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, darçın, bilərsiniz, üyüdülmüş, Sonra, ədviyyat, şəkər, götürün, mixək, şərab, muskat, cevizi, Qaynara, halqa, qoyun, Portağalı, saxlayın, dəqiqə, düşəndə, süzün
BİZİ İZLƏYİN