• Portağallı boranı şirəsi resepti

Reseptin məlumatları Baxış sayı: 14 291

Tarix : 16-03-2016, 19:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
7 kq təmizlənmiş boranı
15 l su
8 portağal
1,5 kq şəkər tozu
2 dolu x.q. limon duzu

Hazırlanması:
Boranını təmizləyin, tumlarını çıxarın, xırda doğrayıb qazana yığın. Üstünə çıxanadək soyuq su tökün. Ocağın üstə qoyun.
8 böyük portağalı ortadan bölün. Şirəsini çıxarın. Qaynayan boranıya portağalın şirəsini və qabıqlarını əlavə edin. Boranı tam bişəndə portağal qabıqlarını çıxarın.
Zövqə görə şəkər tozu və limon duzunu əlavə edin.
Boranı tam bişdikdən sonra bir az soyudun. Əl blenderi ilə xırdalayın (ələkdən keçirmək də olar). Yenidən qaynadın, köpüyünü yığın, sterilizə edilmiş bankalara yığıb qapaqlarını bağlayın. 17 l hazır şirə alınacaq.

Nuş olsun!
Etiketlər: çıxarın, qabıqlarını, Boranı, əlavə, limon, yığın, şəkər, portağal, sonra, soyudun, xırdalayın, blenderi, bişdikdən, duzunu, olsun, alınacaq, bişəndə, Zövqə, ələkdən, Yenidən
BİZİ İZLƏYİN