• Zəiflədən cəfəri şirəsi resepti

Reseptin məlumatları Baxış sayı: 19 091

Tarix : 28-06-2015, 16:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Metabolizmanı sürətləndirən cəfəri, qan dövranını yaxşılaşdırır və toxumalara daha çox qan getməsinə səbəb olaraq, insan bədənində yağ miqdarını azaldır.

Tərkibi:
Cəfəri: 0,5 dəstə
Limon: 1 ədəd
Su: 0,5 stəkan

Hazırlanması:
Cəfəri tərkibində çox miqdarda C vitamini olan bir göyərtidir. İnsan sağlamlığının qorunmasında faydalı olmaqla yanaşı bir vitamin deposudur. Buna görə də hər yaşdan insanın rahatlıqla istifadə etməsini tövsiyyə etmək olar.
Hər gün səhər yarım dəstə cəfərini sapı ilə birlikdə ortadan iki qırın və blenderdən keçirin. Sonra bir limonun suyunu sıxın üzərinə yarım stəkan su qoyun. Hazırladığınız yaşıl rəngli mayeni hər gün səhər yeməyindən 15 dəqiqə əvvəl için.
Bu limonlu cəfərişirəsi yağ kütləsinin azalmasını asanlaşdırır.
Qeyd: zəiflədən cəfəri şirəsini ara vermədən 15 gün qəbul edin. 5 gün buna ara verin və yenidən qəbul etməyə davam edin.

Nuş olsun!
Etiketlər: stəkan, dəstə, Cəfəri, qəbul, yarım, cəfəri, səhər, üzərinə, yaşıl, qoyun, Hazırladığınız, sıxın, Sonra, ortadan, birlikdə, cəfərini, qırın, blenderdən, limonun, rəngli
BİZİ İZLƏYİN