• Nanə şərbəti resepti

Reseptin məlumatları Baxış sayı: 19 384

Tarix : 13-03-2016, 17:00

Bölmə : İçkilər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 2-4


Tərkibi:
1 dəstə nanə,
1 su stəkanı şəkər,
1 litr su,
Yarım limon,
Istəyə görə yaşıl qida boyası,

Hazırlanması:
Nanələri yuyun və incə-incə doğrayın.
Bir qazana alın və üzərinə şəkərini tökün.
Bir qaşıq yardımı ilə əzərək qarışdırın.
Qapağını örtüb yarım saat gözləyin.
Suyunu da əlavə edib ocağa alın.
Limonun suyunu da qazana sıxıb qabığı ilə birlikdə qazana atın.
Orta atəşdə bişirin.
Qaynamaya başlayınca altını azaldıb 5-6 dəqiqə daha qaynadın.
Ocaqdan alıb otaq temperaturunda olmasını gözləyin.
Bir cuna ilə süzün.
Qida boyası da əlavə edəcəksinizsə bir kurdanın ucuyla boya götürün qarışdırın və soyuducuya qoyun.
Soyuq halda servis edin.

Nuş olsun!
Etiketlər: qazana, qarışdırın, boyası, gözləyin, əlavə, qaynadın, dəqiqə, altını, azaldıb, Qaynamaya, birlikdə, qabığı, atəşdə, bişirin, Ocaqdan, başlayınca, olmasını, Soyuq, qoyun, halda
BİZİ İZLƏYİN