• Süzmə ayran resepti

Reseptin məlumatları Baxış sayı: 31 754

Tarix : 31-07-2015, 22:00

Bölmə : İçkilər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 0-10

Nəfər sayı : 2-4


Tərkibi:
Qatıq
Duz
Mineral su

Hazırlanması:
Süzmə hazırlamaq üçün əvvəlcə geniş bir tənzif götürülür. Bir neçə dəfə qatlanılır. Bundan sonra tənzif bir qabın içərisinə qoyulur və qatıq buraya əlavə edilir. Sonra qatıq olan tənzif ağzı bükülür, bağlanılır və yüksək bir yerdən asılır. Qatıq suyunu tam süzməsi üçün üzərinə ağırlıq qoyulur və bu şəkildə gözlədilərək qatığın suyunu tam verməsinə nail olunur.

Süzmədən hazırlanan ayran, daha ləzzətli olur.

Süzmə hazır olduqdan sonra ayran hazırlayacağımız qaba ehtiyac olduğu qədər əlavə edilir. Üzərinə çox az mineral su əlavə edilir və qarışdırılır. Süzmə qatıq biraz durulaşdıqdan sonra lazım olan qədər mineral su əlavə edilir və qarışdırılır.

Ayranın içərisində suda əriməmiş hissəciklərin qalmaması üçün, süfrəyə verilməmişdən əvvəl süzgəcdən keçirtmək məsləhətdir.

Nuş olsun!
Etiketlər: əlavə, edilir, tənzif, qatıq, sonra, Süzmə, qoyulur, qədər, mineral, Qatıq, qarışdırılır, suyunu, ayran, biraz, olduğu, hazır, ləzzətli, olduqdan, hazırlayacağımız, durulaşdıqdan
BİZİ İZLƏYİN