• Ayran resepti

Reseptin məlumatları Baxış sayı: 32 056

Tarix : 11-03-2016, 10:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2/3 litr yoqurt (qatıq)
2 litr soyuq su (qazlaşdırılmış olar)
Duz
Şüyüd

Hazırlanması:
Qatığı az-az bir qaba töküb 2 litr su ilə (yaxşı olar qazlaşdırılmış) qarışdırın. Əgər qazlaşdırılmış sudan istifadə edirsinizsə, onda içkini süfrəyə verilməmiş hazırlayın. Stəkana təhminən 3 ç.q. duz töküb az miqdarda (1/8-1/6 stəkanın) qaynar suda əridin. Duzlu suyu az-az yoqurtlu qarışıqa əlavə edin. İçkinin şorluğunu yoxlayın. Nə şor və ya nə şit olmalıdır. Qarışığı bir səhəngə tökün. Şüyüdü yuyub xırdalayın və qarışıqa əlavə edin. Qarışdırıb verin süfrəyə. Əgər ayranı əvvəldən hazırlamısız, onda soyuq bir yerdə saxlayın. Süfrəyə verilməmiş mükəmməl qarışdırın, çünki adətən yoqurt sudan ayrılır. Bu içki nəinki yayda, elə qışdada çox yaxşıdır, xüsusiylı plovdan sonra.

Nuş olsun!
Etiketlər: qazlaşdırılmış, əlavə, yoqurt, süfrəyə, qarışdırın, verilməmiş, qarışıqa, sudan, soyuq, töküb, yuyub, əvvəldən, hazırlamısız, yerdə, xırdalayın, saxlayın, ayranı, Qarışdırıb, verin, ayrılır
BİZİ İZLƏYİN