• Meyvə ətirli sular resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 503

Tarix : 13-02-2016, 13:00

Bölmə : İçkilər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Sitrus ətirli su
1 portağal, 1 laym, 1 limonu yarı bölüb dilimləyin. Bankaya yığıb bir qədər əzin (şirəsi çıxsın, amma sıyığa dönməsin). Bankanı buzla doldurun, ağzınadək su töküb qaşığın qulpuyla qarışdırın. Qapağını örtüb soyuducuya qoyun.

Dərhal içmək olar, amma 1-2 saat (ən yaxşısı 1 sutka) saxlasanız, dadı tam fərqli olacaq.

Moruqlu-laymlı su
İki laymı 4 bölün, əlinizlə şirəsini bankaya sıxın, sonra özünü də bankaya qoyun. Bir ovuc moruq əlavə edib onları da azacıq əzin. Buz, su əlavə edib qapağını bağlayın, soyuducuya qoyun.

Ananas və nanə ətri
Nanə budağını, yaxud yarpaqlarını bankaya qoyub azacıq əzin (qoxusu çıxanadək). Ananas dilimləri əlavə edib onları da əzin. Buz, su töküb qapağını bağlayın, soyuducuda saxlayın.

Böyürtkənlə adaçayı dadı
Adaçayı (şalfey) yarpaqlarını bankaya yığıb azacıq əzin, bir ovuc böyürtkən töküb onu da sıyıq halına gətirməyərək əzin. Buz, su töküb qapağını qoyun, soyuducuda saxlayın.

Qarpızla mərzə
Mərzə (rozmarin) budaqlarını bankaya yığıb əzca əzin, qarpız dilimləri (azacıq əzib suyunu çıxararaq), buz, su əlavə edib qapağını bağlayaraq soyuducuda saxlayın.

Qarpız-mərzə və ananas-nanə ətirli sular şirin alınır. Digərlərinin şirinliyi az gəlsə, bal və yaxud şəkər tozu əlavə edə bilərsiniz.

Başqa meyvə və göyərtilərdən də istifadə edə bilərsiniz - hər şey zövqdən asılıdır.

Stəkanlara süzərkən çaysüzənlərdən istifadə edin.

Bu cür suları soyuducuda 3 sutka saxlamaq olar.

Meyvə ətirli sular resepti - FOTO RESEPT

Meyvə ətirli sular resepti - FOTO RESEPT

Meyvə ətirli sular resepti - FOTO RESEPT

Meyvə ətirli sular resepti - FOTO RESEPT

Meyvə ətirli sular resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: bankaya, əlavə, azacıq, qapağını, soyuducuda, qoyun, töküb, yığıb, saxlayın, sutka, onları, yaxud, bilərsiniz, istifadə, mərzə, dilimləri, soyuducuya, yarpaqlarını, bağlayın, Ananas
BİZİ İZLƏYİN