• Çiyələk limonadı resepti

Reseptin məlumatları Baxış sayı: 13 747

Tarix : 24-07-2016, 17:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 ml su
70-90 q şəkər tozu
150 q çiyələk
1 limonun sedrası
100 ml limon şirəsi
nanə
bəzək üçün çiyələk və limon dilimləri
buz

Hazırlanması:
Şəkər tozu, sedra və suyu qazana tökün. Şəkər tozu əriyənədək bişirin. Soyudub süzün.
Çiyələyi təmizləyib blenderdə xırdalayın. Limon şirəsi əlavə edib süzün. Soyumuş şərbəti əlavə edib qarışdırın, stəkanlara süzün, buz, nanə yarpaqları, çiyələk və limon dilimləri əlavə edin.
(Limonla şəkər tozunu qədərini zövqə görə ayarlaya bilərsiniz)

Nuş olsun!
Etiketlər: limon, əlavə, süzün, çiyələk, Şəkər, şəkər, dilimləri, şirəsi, qarışdırın, Soyumuş, stəkanlara, şərbəti, qədərini, ayarlaya, bilərsiniz, zövqə, Limon, Limonla, tozunu, yarpaqları
BİZİ İZLƏYİN