• Darçın suyu ilə arıqlayın

Reseptin məlumatları Baxış sayı: 13 443

Tarix : 18-08-2016, 10:00

Bölmə : İçkilər / Pəhriz (diet)

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Arıqlamaq üçün müxtəlif vasitələrə əl atmağınıza baxmayaraq, hələ də istədiyiniz çəkiyə qovuşa bilməmisiniz?

Onda təqdim etdiyimiz darçınlı su detoksuna müraciət edin.

Darçınlı su niyə arıqladır?
Darçınlı su qandakı şəkəri tənzimlədiyi üçün uzun müddət tox qalmağınızı təmin edəcək. Həmişəkindən az yediyiniz üçün orqanizminizə daha az kalori daxil olacaq. Üstəlik, darçın suyu sayəsində bağırsaqlarınızın fəaliyyəti yaxşılaşacaq. Beləliklə, qısa müddətdə arıqlayacaqsınız.

Darçınlı su necə hazırlanır?

Tərkibi:

1 ədəd çubuq darçın
1 ədəd alma
1 litr su (otaq temperaturunda)

Hazırlanması:
Darçınlı suyu gecə hazırlamalısınız. Almanı yuyub dilimləyin və çubuq darçınla birgə 1 litr suya tökün. Səhərə kimi qaranlıq yerdə saxlayın. Oyanan kimi və gün ərzində özünüzü ac hiss etdikcə həmin sudan 1 stəkan için.
Bunu istədiyiniz çəkiyə qovuşana qədər edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: Darçınlı, istədiyiniz, çəkiyə, darçın, çubuq, müddətdə, yuyub, dilimləyin, darçınla, birgə, Almanı, hazırlamalısınız, Tərkibi, arıqlayacaqsınız, tökün, temperaturunda, Hazırlanması, hazırlanır, yerdə, stəkan
BİZİ İZLƏYİN