• Alma şirəsi resepti

Reseptin məlumatları Baxış sayı: 18 293

Tarix : 30-08-2016, 21:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
alma
şəkər

Hazırlanması:
Almanı yuyub 2 və ya 4 hissəyə bölün. Sonra almaları xüsüsi şirə çəkən maşından keçirib, alınan şirəni dörd qat tənzifdən keçirin. Əgər alınmış şirə turş olarsa, hər litrə iki xörək qaşığı şəkər əlavə etmək məsləhətdir. 1 litr turş alma şirəsinə 1 stəkan şirin armud şirəsi qatıldıqda şəkər əlavə etmək lazım deyildir.

Hazır şirəni emallı qazanda qaynayana qədər qızdırıb, qaynar suda sterilizə edilmiş bankalara ağzınacan qaynar - qaynar doldurmaq və dərhal tənəkə qapaqla kip bağlamaq lazımdır. Qapaqları əvvəlcədən 2-3 dəq. qaynar suda saxlayın. Şirə dolu bankaları ağzı üstə yığıb soyudun.

Bu üsulla şirə hazırladıqda əlavə pasterizasiyaya ehtiyac qalmır.

Nuş olsun!
Etiketlər: qaynar, əlavə, şəkər, etmək, şirəni, ağzınacan, dərhal, doldurmaq, bankalara, sterilizə, qaynayana, qazanda, qədər, qızdırıb, tənəkə, edilmiş, qapaqla, üsulla, soyudun, hazırladıqda
BİZİ İZLƏYİN