• Moruqlu-manqolu smuzi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14149

Tarix : 6.08.2014, 22:28

Bölmə : İçkilər, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 1-2




Tərkibi:
200 q moruq
100 ml süd
1 orta boy yetişmiş manqo
1 ortaboy portağal
şəkər pudrası (zövqə görə)
Moruqlu-manqolu smuzi resepti - FOTO RESEPT


Hazırlanması:
Manqonun dənəsini çıxarın, qabığını təmizləyin, lətini xırdalayın.

Blenderə moruğu tökün, süd əlavə edin, çalın. Turşdursa, bir qədər şəkər pudrası əlavə edin.

Moruqlu-manqolu smuzi resepti - FOTO RESEPT


Bunu iki stəkana süzün (birinci lay).

Portağalın şirəsini sıxın.

Moruqlu-manqolu smuzi resepti - FOTO RESEPT


Blenderi yuyun, manqonu içinə qoyub üzərinə portağal şirəsi əlavə edin, eynicinsli kütlə alınanadək çalın.

Moruqlu-manqolu smuzi resepti - FOTO RESEPT


Xörək qaşığının köməyi ilə bu qarışığı stəkandakı moruqlu südün üzərinə paylayın.

Moruqlu-manqolu smuzi resepti - FOTO RESEPT


Moruq gilələri və nanə yarpağı ilə bəzəyin.

Moruqlu-manqolu smuzi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, şəkər, üzərinə, çalın, portağal, pudrası, Blenderi, eynicinsli, kütlə, alınanadək, yuyun, şirəsi, Xörək, qoyub, manqonu, içinə, köməyi, gilələri, Moruq, yarpağı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Guler
maraqlidi twk
17 avqust 2014 16:24
1
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN