• Marşmelloulu muss resepti

Reseptin məlumatları Baxış sayı: 11 671

Tarix : 25-11-2016, 20:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
75 qr marşmellou (kiçik ölçülü)
220 qr tünd şokolad
120 ml süd
450 ml qaymaq (yağlılığı 33%dən artıq)

Hazırlanması:
1. Dərin qazanda süd qızdırılır. Şokolad xırdalanıb marşmellou ilə birgə südün üzərinə tökülür. Tam həll olunanadək qarışdırılır. Soyudulur.
2. Soyuq halda qaymaq mikserlə qatılaşanadək çalınır.
3. Qaymaq və şokolad qatışığı ehtiyatla qarışdırılır və muss üçün hazırladığınız qablara doldurulur. Soyuducuda 3 saat ərzində saxlanılır.
4. Mussu stəkan, fincan, kiçik ölçülü bankalarda və ya kiçik kasalarda servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: kiçik, marşmellou, qarışdırılır, qaymaq, ölçülü, şokolad, qablara, doldurulur, hazırladığınız, qatışığı, Qaymaq, Soyuducuda, ehtiyatla, Mussu, kasalarda, servis, bilərsiniz, bankalarda, fincan, saxlanılır
BİZİ İZLƏYİN