• 1 portağaldan 2 litr portağal şirəsi resepti

Reseptin məlumatları Baxış sayı: 7 230

Tarix : 8-04-2017, 22:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Xatirə


Tərkibi:
1 ədəd portağal
1 ədəd limon
2 l su
1 su stəkanı şəkər tozu

Hazırlanması:
Əvvəlcə portağalı yuyub soyuducunun dondurucu gözünə qoyuruq, tam donur. Sonra portağalı soyuducudan çıxarıb doğrayıb ət çəkən maşından keçiririk, sonda 1 stəkan su tökürük maşınaki içərisində qalan portağallarda tam çıxsın.

Çəkilmiş portağalı bir qazana töküb üzərinə 2 litr su əlavə edib qaynayana qədər qarışdırırıq, 1-2 dəq tam qaynayandan sonra soyumağa qoyuruq. Soyuyandan sonra (biraz ilıq vəziyyətdə olsa da olar) onu süzgəcdən süzürük üzərinə şəkər tozu və limon şirəsi əlavə edib şəkər tozu tam riyənə qədər qaşıqla qarışdrırıq. Vəssalam 1 portağaldan 2 litr portağal şirəmiz hazır, sərin halda süfrəyə təqdim edilir.

Nuş olsun!
Etiketlər: şəkər, portağalı, əlavə, qoyuruq, sonra, portağal, qədər, üzərinə, limon, biraz, süzgəcdən, vəziyyətdə, Soyuyandan, qarışdırırıq, qaynayana, süzürük, qaynayandan, soyumağa, qaşıqla, halda
BİZİ İZLƏYİN