• Nanəli limonad resepti

Reseptin məlumatları Baxış sayı: 638

Tarix : 15.05.2017, 22:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Sirop üçün:
200 qr şəkər tozu
200 ml su
1 limonun sürtgəçdən keçirilmiş qabığı

Limonad üçün:

200 ml limon suyu ( 6 limon)
1 limonun sürtgəçdən keçirilmiş qabığı

1 litr qazlı su

Bəzənməsi üçün:
bir neçə nanə yarpağı + limon

Hazırlanması:
Sirop: balaca qazana şəkər tozunu qoyun. Daha sonra su və sürtgəçdən keçirilmiş limon qabığını əlavə edin. Qazanı ocağa qoyun, 3 dəqiqə qaynadın. Qazanı ocaqdan götürün. Nanə zoğları əlavə edin və 10 dəqiqə otaq temperaturunda, ağzı bağlı saxlayın. Sonra isə soyudun. Limonad: limonları sıxın, tənzifdən süzüb, başqa bir qaba tökün. Sürtgəçdən keçirilmiş limon qabığını əlavə edin və qarışdırın. Soyudulmuş siropun içindəki nanə zoğlarını götürün, limonada əlavə edib qarışdırın.

Daha sonra limonada qazlı suyu əlavə edin. Soyuducuya qoyun. Ən azı bir saat saxlayın. Süfrəyə verməzdən qabaq dolçaya (sürahiyə) tökün, limon dilimləri və nanə yarpaqları ilə bəzəyin.

Nuş olsun!

Etiketlər: limon, əlavə, keçirilmiş, qoyun, sürtgəçdən, Qazanı, sonra, tökün, dəqiqə, Sirop, qarışdırın, saxlayın, limonada, götürün, qabığını, Limonad, limonun, qazlı, şəkər, qabığı
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica