• Zəncəfil çayı resepti

Reseptin məlumatları Baxış sayı: 431

Tarix : 28.06.2017, 21:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Hər il yenisi çıxan və əslində heç bir işə yaramayan arıqlama üsulları pulunuzu, ümidinizi və sağlamlığınızı əlinizdən ala bilər. Niyə? Çünki qalıcı, sağlam, sürətli arıqlamağın sirri təbiətdədir. Zəncəfil çayı ilə arıqlamağın möcüzəsini yaşamaq həm təbii, həm də sərfəlidir.

Təkcə bir həftə ərzində zəncəfil çayı içdikdə bədəninizdəki su yığılması və şişkinliklərin azaldığını görəcəksiniz. Daha uzun müddət və davamlı istifadədə isə arıqlamağınız sürətli, faydalı və qalıcı olacaq.

Tərkibi:
- Baş barmağınız böyüklüyündə təzə zəncəfil,
- 1 ədəd dilimlənmiş limon,
- 2 yemək qaşığı yaşıl çay,
- 1 çay qaşığı bal,
- 1,5 litr su.

Hazırlanması:
Zəncəfili dilimləyin. Limon və su ilə birlikdə qazana qoyub bir az qaynadın. Qazdan götürüb bir az soyuması üçün 5 dəqiqə gözlədin və yaşıl çayı da əlavə edib dəmlənməyə qoyun. Ən az 5 saat ərzaqları beləcə saxlayın və daha sonra süzün. İçinə bal əlavə edib, yaxşıca qarışdırın. Gün ərzində içib bitirin.

Nuş olsun!

Etiketlər: qaşığı, yaşıl, arıqlamağın, sürətli, qalıcı, əlavə, zəncəfil, ərzində, birlikdə, qazana, qoyub, dilimləyin, dilimlənmiş, böyüklüyündə, barmağınız, limon, yemək, qaynadın, Zəncəfili, Hazırlanması
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica