• Xəmirdə suluquni kababı resepti

Reseptin məlumatları Baxış sayı: 17 023

Tarix : 19-08-2014, 01:00

Bölmə : Quru yeməklər / Kabablar

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q hazır mayalı yağlı qat-qat xəmir
300 q suluquni pendiri
300 q pomidor
1 dəstə şüyüd
4 diş sarımsaq
dəniz duzu - zövqə görə
istiot qarışığı (qara, qırmızı, ağ) - zövqə görə
100 q kərə yağı

Hazırlanması:
Hazır xəmiri nazik yayın, şəridlərə bölün.

Pomidor və pendiri bərabər ölçüdə dilimləyin. Şüyüdü və sarımsağı çox xırda doğrayıb qarışdırın.

Şişlərə növbə ilə suluquni və pomidor taxın. Şüyüd-sarımsaq qarışığını üzərinə çəkin. Duz, istiot vurun. Xəmir şəridlərini üzərinə sarıyın. Üstünə kərə yağı çəkin.

Közdə, tez-tez çevirərək bişirin (amma kömür çox qaynar olmasın).

Nuş olsun!
Etiketlər: sarımsaq, pomidor, zövqə, çəkin, üzərinə, pendiri, istiot, suluquni, qarışığını, olsun, olmasın, Şüyüd, taxın, doğrayıb, qarışdırın, Şişlərə, növbə, vurun, Xəmir, kömür
BİZİ İZLƏYİN