• Kökəlmək üçün pəhriz

Reseptin məlumatları Baxış sayı: 3202

Tarix : 13.11.2017, 20:00

Bölmə : Kökəlmə sirləri


İrsən arıq və az çəkili olmaq sağlamlıq üçün problem yaratmır. Yox, əgər sizin qohumlarınızda çəkisi normal və kök insanlar varsa, deməli, siz də müəyyən qədər çəki yığa bilərsiniz. Yəqin ki, sizin gündəlik rejiminiz düzgün qurulmayıb. Yaxud da sizin çox yeməklə aranız yoxdur. Ümid edirik ki, pəhrizdəki ərzaqları alıb, göstərilən ardıcıllıqla istifadə etsəniz, arzuladığınız çəkiyə nail olacaqsınız.

Unutmayın:
Müasir dövrdə kökəlmək arıqlamağa nisbətən daha asandır.

Səhər: 1 stəkan təzə meyvə şirəsi, manna sıyığı, 1 stəkan süddə həll olumuş bal, sürtgəcdən keçirilmiş alma ilə qozun qarışığı, üzərinə yağ çəkilmiş 1 dilim çörək və 2 stəkan kakao.

Günorta: 1 boşqab qatı bulyon, şorba (makaron, düyü və və ya kartof ilə ola bilər), tərəvəz salatı (yağlı və ya mayonezli), 250 qr. qızardılmış mal və ya toyuq əti, şəkərli kofe.

Axşam: süddə bişmiş düyü, 2 dilim çörək, təzə meyvələrdən salat.

Mütəmadi olaraq bu pəhrizi təkrarlayın.

Hər gün qida rejiminizdə bu ərzaqların olmasına çalşın:

Süd - 1 stəkan, kəsmik, pendir, qoz-fındıq.

Ət məhsulları - balıq, quş əti, yumurta.

Tərəvəz - salat və göyərti.

Meyvə - şirəsi ən az 2 stəkan, meyvə salatı.

Çörək - hər dəfə 2 dilim, qarabaşaq, düyü, makaron.


Etiketlər: stəkan, sizin, dilim, salat, çörək, salatı, makaron, meyvə, şirəsi, süddə, bilər, kartof, tərəvəz, qızardılmış, yağlı, mayonezli, kakao, üzərinə, qarışığı, qozun
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN