• Diyetoloq: Kökəlmək üçün dərman preparatları qəbul etmək təhlükəlidir

Reseptin məlumatları Baxış sayı: 160

Tarix : 3.02.2019, 10:00

Bölmə : Kökəlmə sirləri




Çəkisini azaltmaq istəyənlərlə yanaşı onu artırmaq arzusunda olanlar da var.

Diyetoloqların köməyi ilə kökəlməyə çalışanların sayı artsa da, bunu ev şəraitində kor-koranə şəkildə edənlər də tapılır.

Diyetoloq Ləman Süleymanovanınverdiyi məlumata görə, bədən çəkisini özbaşına artırmaq istəyənlər bəzən ciddi xəstəliklərə tutulur və ya hədsiz dərəcədə kökəlirlər. O, həmin prosesin nəzarət altında və xüsusi proqramla aparılmalı olduğunu bildirib: "Çox vaxt çəki artırmaq üçün müxtəlif preparatlar qəbul edir, iynə vurdururlar. Xüsusilə yeniyetməlik dövründə belə üsullardan istifadə etmək yolverilməzdir. Bu, ciddi hormonal pozuntuya səbəb ola bilər. Bir qədər yaşlı xanımlarda isə bu növ qaydalara əməl edilməməsi ginekoloji və mədə-bağırsaq problemlərinə, hətta xərçəng xəstəliyinə səbəb ola bilər".

Onun dediyinə görə, sağlamlığında heç bir problem olmayan, fəal həyat tərzi keçirən uşaq və yeniyetmənin arıqlığına görə narahat olmaq əbəsdir: "Belə olduqda çəki artırmaq üçün sadəcə qida rasionuna diqqət yetirmək lazımdır. Əsasən immunitetin bərpası baxımından gündə üç-dörd dəfə qidalanmaq, mövsümi meyvə-tərəvəzlər yemək, infeksiyalardan qorunmaq vacibdir. Bunun üçün ət məhsulları və C vitamini ilə zəngin sitrus meyvələrinə üstünlük verilməlidir. Vitamin, zülal və karbohidrat balansı normal çəkinin təminatıdır".
loading...

Etiketlər: artırmaq, səbəb, bilər, ciddi, olmaq, əbəsdir, narahat, arıqlığına, yeniyetmənin, olduqda, sadəcə, lazımdır, diqqət, keçirən, rasionuna, yetirmək, olmayan, problemlərinə, hətta, bağırsaq
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN