• Şaftalı nektarı resepti

Reseptin məlumatları Baxış sayı: 25 216

Tarix : 5-06-2014, 23:21

Bölmə : Kompotlar / İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
7 kq tumu çıxarılmış şaftalı
2-3 kq şəkər tozu
Su

Hazırlanması:
Öncə şaftalıların tumları çıxarılır. Tumu çıxarılandan sonra çəkisi 7 kq olmalıdır.
Üstünə çıxana kimi su töküb pörtlədirik.
Sonra sudan çıxarıb aşsüzəndən keçiririk. Suyunu saxlayırıq.
Daha sonra ələkdən keçiririk.
Ələkdən keçirdikdən sonra saftalıları pörtlətdiyimiz suyu üzərinə tökürük və səkər tozunu əlavə edib qaynamağa qoyuruq.
Bir qədər güclü atəşdə qaynatdıqdan sonra dadına baxırıq.
Əgər şirinliyi zövqünüzə uyğun deyilsə, bir az da şəkər əlavə edirik və isti-isti şüşə qablara yığıb ağzını möhkəm bağlayırıq.

Nuş olsun!
Etiketlər: sonra, keçiririk, şəkər, əlavə, qoyuruq, qədər, güclü, atəşdə, üzərinə, tökürük, tozunu, qaynatdıqdan, qaynamağa, səkər, baxırıq, yığıb, qablara, ağzını, möhkəm, bağlayırıq
BİZİ İZLƏYİN