• Vişnə şirəsi resepti

Reseptin məlumatları Baxış sayı: 18 528

Tarix : 10-02-2016, 17:00

Bölmə : Kompotlar / İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq. vişnə
1 kq şəkər tozu.

Hazırlanması:
1. Şirə hazırlanacaq vişnələri yuyun, sonra çiyidlərini çıxardın.
2. Şüşə qab götürün. Bir sıra vişnə düzün, üzərinə şəkər tozu qoyun. Onun üzərindən yenə vişnə düzüb üzərinə şəkər tozu qoyun. Bu şəkildə sıralama ilə vişnələrin hamısını şəkərləyin.
3. Vişnələr sulanıb şəkərlər əriyənə qədər təqribən 1 gün gözləyin.
4. Vişnələri şirənin içərisindən bir qaşıq vasitəsi ilə çıxardın.
5. Qalan suyu süzgəc ilə süzün.
6. İstifadə edərkən içərisinə su qatın.
Qeyd: Vişnə suyu daha turş xoşlayırsınızsa şəkərin miqdarını az edin.
Qeyd: Meyvələri tort bəzəyi, pirojna və s. istifadə etmək üçün ehtiyatla əzmədən bir torbaya qoyun və soyuducunun dondurucu hissəsinə yerləşdirin.

Nuş olsun!
Etiketlər: qoyun, şəkər, vişnə, üzərinə, çıxardın, Vişnə, şəkərin, miqdarını, qatın, xoşlayırsınızsa, edərkən, Qalan, vasitəsi, süzgəc, süzün, Meyvələri, İstifadə, içərisinə, istifadə, dondurucu
BİZİ İZLƏYİN