• Üzüm kompotu resepti

Reseptin məlumatları Baxış sayı: 34 075

Tarix : 11-06-2016, 12:00

Bölmə : Kompotlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 stəkan üzüm giləsi (və ya quru üzüm-kişmiş istifadə edəcəyiniz təqdirdə 1 stəkan kişmiş yetərlidir”
5 stəkan su
1 stəkan şəkər tozu
Çubuk darçın (istəyə görə) və ya 2 ədəd mixək

Hazırlanması:
Kompot hazırlamaq üçün əvvəlcə üzümlər ayırlnanır. Bundan sonra təmiz suda 1-2 dəfə yuyulub durulanır.

Orta ölçülü bir qazan götürülür. Bu qazana su, şəkər tozu, darçın (və ya mixək) və təmizlənmiş üzüm gilələri (və ya təmizlənib yuyulmuş kişmiş) hamısı birlikdə qoyulur. Şəkər suda tamamən əriyənə qədər qarışdırılır.

Üzüm kompotu vam odda təqribən 15 dəqiqə qaynadılır. Bundan sonra ocaqdan götürülür. Kompot otaq temperaturuna gələnə qədər soyuması gözlənilir.

Bundan sonra kompot soyuducuya alınır və burada istənilən temperatura qədər soyudulur.

Kompot soyuq halda servis edilir.

Nuş olsun!
Etiketlər: stəkan, qədər, Kompot, Bundan, kişmiş, sonra, götürülür, mixək, darçın, şəkər, gələnə, temperaturuna, əriyənə, tamamən, ocaqdan, kompotu, soyuması, dəqiqə, qaynadılır, təqribən
BİZİ İZLƏYİN