• Beşamel souslu makaron resepti

Reseptin məlumatları Baxış sayı: 276

Tarix : 31.10.2017, 12:00

Bölmə : Makaron yeməkləri, Souslar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
400 qr. içi boş makaron (nazik, böyüklər işə yaramayacaq)
250 qr. çəkilmiş mal əti
1 baş soğan
2 pomidor
1 yumurta
0,5 stakan cəfəri
1/2 ç.q. muskat qozu
1/2 ç.q. tmin
2 x.q. zeytun yağı
100 qr. pendir (məndə grana padana idi siz holland pendiri işlədə bilərsiz)

Beşamel sousu üçün:
100 qr. kərə yağı
3-4 x.q. un
2 stakan süd
2 stakan toyuq bulyonu (maggi kubikı əridə bilərsiz 2 st. suda)
2 yumurta

Hazırlanması:
Makaronu duzlu suda yarıya gədər bişiririk. Süzqəcə süzürük. Bir yumurtanı çırpıb makaronla yaxşı qarışdırırıq.
Əti tavaya əlavə edib qiymə kimi bişiririk, toplar olmamalıdır. Su buraxanda içinə xırda kəsilmiş soğan əlavə edirik.
Pomidorun qabığını soyub, xırda kəsirik. Ətin yanına əlavə edirik.
Zeytun yağı tökürük.
Cəfərini xırda kəsib əlavə edirik. Muskat qozu, duz, istiot tökürük. Suyu tam çəkiləndə altını keçirdirik.
Beşamel sousu bişirək. Dərin balaca qazanda kərə yağını əridirik, içinə unu yavaş yavaş əlavə edib qarışdırırıq. Sudu və toyuq bulyonunu yavaş yavaş əlavə edirik. Qarışdırmaq çox vacibdir. 5-8 dəq. sousu qarışdıraraq bişiririk.
Sousu kənara qoyub biraz soyumasını gözdəyirik. İki yumurtanı ayrı qabda çırpıb soyumuş sousa əlavə edib qarışdırırıq.
İndi hər şeyi soba qabına yığaq.
Soba qabını kərə yağı ilə yağlayırıq. Makaronları qaba elə düzün ki, hamısı bir tərəfə vaxsın. Onda kəsilişdə gözəl görsənəcək.
Makaronun üstünə rəndələnmiş pendirin yarısını səpirik.
Sonra əti əlavə edirik. Sonra sousu tökürük və pendirin qalan yarısını səpirik.
Sonda üstə biraz kərə yağı qoyuruq.
170 dərəcədə 40-50 dəqiqə üstü qızarana gədər bişiririk.
Sabadan çıxaran kimi biraz gözləyin sonra kəsin, yoxsa dağılacaq

Nuş olsun!

Etiketlər: əlavə, edirik, bişiririk, yavaş, sousu, tökürük, biraz, stakan, xırda, qarışdırırıq, içinə, toyuq, çırpıb, pendirin, gədər, yumurtanı, bilərsiz, yarısını, Beşamel, yumurtadan
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica