• Mayonezli makaron salatı resepti

Reseptin məlumatları Baxış sayı: 64 626

Tarix : 20-06-2014, 03:06

Bölmə : Makaron yeməkləri / Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 4-6


Tərkibi:
250 qr makaron
2-3 xörək qaşığı qatıq
2-3 xörək qaşığı mayonez 1 stəkan
konservləşdirilmiş yaşıl noxud
1 stəkan qaynadılmış yerkökü
2 xiyar
2 xiyar turşusu
1 limon suyu
2-3 diş sarımsaq
Bir tutam duz,
bir tutam quru nanə

Hazırlanması:
Makaronu qaynadın. Suyunu süzün və bir kənara qoyun. Bir kasanın içində qatıq, mayonez, əzilmiş sarımsaq, limon suyu və nanəni qarışdırın.
Bu qarışığı makaronların üzəri-nə əlavə edin. Xiyar, xiyar turşusu və qaynadılmış yerkökülərini kiçik-kiçik doğrayıb makarona əlavə edin.
Ən son noxudu, duzu və quru nanəni əlavə edib yaxşıca qarışdırın. Ləzzətli salatmızı salat tabağına alıb servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, xiyar, sarımsaq, limon, tutam, kiçik, qarışdırın, nanəni, qaynadılmış, turşusu, mayonez, qatıq, xörək, qaşığı, stəkan, Xiyar, yerkökülərini, olsun, servis, makaronların
BİZİ İZLƏYİN