• Çaxırlı-göbələkli sous resepti

Reseptin məlumatları Baxış sayı: 11 989

Tarix : 26-09-2016, 16:00

Bölmə : Makaron yeməkləri / Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
makaron – 350 qr
Zeytun yağı – 2 x.q.
Kərə yağı – 20 qr
Toyuq filesi (2 sm-lik hissələrə bölünmüş halda) – 8 ədəd
Doğranmış göbələk – 400 qr
Xırda-xırda doğranmış sarımsaq – 2 diş
Yağsız qaymaq – ¾ stəkan
Sürtgəcdən keçirilmiş limon qabığı – 1 ç.q.
Limon şirəsi – 2 x.q.
Doğranmış tərxun – 1 x.q
Doğranmış cəfəri – 2 x.q
Sürtgəcdən keçirilmiş parmesan pendiri – 3-4 x.q
Çaxır - 2 x.q.

Hazırlanması:
Makaronu hazır olana qədər duzlanmış suda qaynadın. Daha sonra suyu boşaldın və Fusilli makaronlarını yenidən həmin qazana əlavə edin. Tavada zeytun yağını qızdırdıqdan sonra doğranmış toyuq dilimlərini yüksək odda 3-4 dəqiqə qızardın. Hazır əti kənara qoyun. Həmin tavadakı zeytun yağına 20 qr kərə yağı əlavə edin. Doğranmış göbələkləri əlavə edib 3 dəqiqə yüksək odda qızartdıqdan sonra sarımsaq əlavə edin və 2 dəqiqə qızardın. Daha sonra çaxır əlavə edin və kiçik odda 5 dəq. qaynadın. Sonra isə toyuq və qaymaq əlavə edib 5 dəq. daha sous halına gələnə qədər qaynadın. Limon qabığı, şirəsi, tərxun, cəfəri və pendir qatın. Zövqə görə duzlamaq olar. Hazır sousu Fusilli makaronuna qatın, parmesan pendiri ilə süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: əlavə, Doğranmış, sonra, Fusilli, dəqiqə, qaynadın, pendiri, parmesan, Limon, şirəsi, cəfəri, qədər, Hazır, toyuq, yüksək, zeytun, qızardın, qabığı, tərxun, sarımsaq
BİZİ İZLƏYİN