• Göbələk souslu Piccante resepti

Reseptin məlumatları Baxış sayı: 11 205

Tarix : 25-09-2016, 21:00

Bölmə : Makaron yeməkləri / Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
makaron – 400 q
Ağ qurudulmuş göbələklər – 50 q
Badımcan – 400 q
Sarımsaq – 1 diş
Pomidor – 4 ədəd
Zeytun yağı – 4 x.q.
Rəndələnmiş parmezan – 200 q

Hazırlanması:
Göbələkləri az miqdarda suda isladın. Badımcanları kiçik kublar şəklində, sarımsağı isə xırda-xırda doğrayın. Pomidorların da qabığını soyub kub şəklində doğrayın. Göbələklərin suyunu ikiqat tənzifdən süzün, lakin atmayın. Göbələkləri doğrayın. Badımcanları qızdırılmış yağda qızardın, sarımsaq, göbələk və pomidorları əlavə edin. Göbələklərin suyunu üstünə əlavə edin, qaynadın, duz və istiot vurun. On dəqiqə zəif odda bişirin. Alınan sousu hazır Penne Rigate ilə qarışdırıb üzərinə rəndələnmiş pendir tökün.

Nuş olsun!
Etiketlər: doğrayın, Badımcanları, Göbələkləri, xırda, şəklində, suyunu, Göbələklərin, əlavə, göbələk, sarımsaq, pomidorları, qızardın, istiot, üstünə, qaynadın, vurun, dəqiqə, üzərinə, qarışdırıb, rəndələnmiş
BİZİ İZLƏYİN