• Spagetti və badımcandan timballini resepti

Reseptin məlumatları Baxış sayı: 14 614

Tarix : 21-08-2014, 23:00

Bölmə : Makaron yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
300 q nazik spagetti
1 iri badımcan
1 banka (400 q) pomidor konservi (öz suyunda)
200 q Adıgey pendiri
30 q parmezan
30 q sidr qozası
4 ədəd gündə qurudulmuş pomidor
reyhan
1 ç.q. şəkər tozu
1 baş soğan
Zeytun yağı
duz

Hazırlanması:
Badımcanı nazik doğrayıb üzərinə duz səpin. 15 dəqiqə sonra yuyun, sıxın, yağda hər üzünü 1 dəqiqə olmaqla qızardın. Kağız salfetin üstünə qoyun ki, yağını çəksin.

Soğanı doğrayın, 3 x.q. yağda 5 dəqiqə bişirin. Pomidor, reyhan, şəkər tozu və 1 çimdik duz əlavə edin. Tavanın qapağını örtüb vam odda 20 dəqiqə bişirin.

Alınan sousu blenderdə xırdalayın, soyudun. Sidr qozasının tumlarını quru tavada 1 dəqiqə qovurun.

Spagettini qablaşdırmasının üzərinə göstərilən qaydada bişirin. Soyuq axar suyun altında soyudun. Aşsüzəndə suyunun tam çəkilməsini gözləyin. Sonra sous və sürtgəcdən keçirilmiş pendirlə qarışdırın.

Adıgey pendirini nazik laylara doğrayın.

Gündə qurudulmuş pomidorları xırda kubik doğrayın.

7-8 sm diametri olan formaları yağlayın.

Hər birinin dibinə səliqə ilə Adıgey pendiri qoyun. Üzərinə spagettinin üçdə birini quş yuvası formasında qoyun. Üzərinə sidr qozası səpin, bir lay pendir qoyun, bunun üzərinə gündə qurudulmuş pomidor və qızardılmış badımcan qoyun.

Qalan spagettinin yarısını qoyun, üzərinə sidr qozası, pendir, pomidor və badımcan düzün. Spagettinin qalanını düzün (qalan inqredientlərin üzərini tam örtməlidir).

180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Süfrəyə verərkən formaları boşqaba tərs çevirin. Badımcanın qalanı, reyhan və sidr qozası ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: qoyun, dəqiqə, bişirin, pomidor, qozası, üzərinə, reyhan, badımcan, doğrayın, qurudulmuş, nazik, gündə, şəkər, yağda, spagettinin, pendir, soyudun, düzün, formaları
BİZİ İZLƏYİN