• Pomidor souslu pasta resepti

Reseptin məlumatları Baxış sayı: 4 207

Tarix : 20-07-2017, 19:00

Bölmə : Makaron yeməkləri / Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
3-4 iri ətli pomidor
1 orta boy soğan
1-2 diş sarımsaq
3-4 y.q. zeytun yağı
1 ç.q. italyan quru otlar (bloqumda həm şəkli, həm bunun nəmənə olduğu haqqında məlumat var )
parmezan pendiri
duz, istiot
və istənilən pasta növü

Hazırlanması:
1. Xırda doğranmış soğanı orta od üstündə zeytun yağında qovurmaq ( çox rəngi dəyişməsin ). Ən axırda xırda doğranmış sarınsaq əlavə etmək və 1 dəq qovurmaq.

2. Bura sürtkəcdən keçirilmiş pomidorları əlavə etmək və tavanın qapağını örtüb, 10 dəq orta atəşdə bişirmək. Pomidorun suyu çox çəkilməməlidir.

3.Bura ot qarışımı, duz , istiot vurun , qarışdırın. Orta qatılıxda sous olmalıdır , nə su kimi duru , nə halva kimi qatı.

4. Sous bişərkən , eyni zamanda pastanı da qaydası ilə duzlu qaynar suyun içində bişirin.
Suyunu süzün və sousun içinə əlavə edin. Ocağın üstündən 1 dəq saxlayaraq qarışdırın, bol parmezan pendiri səpin və isti - isti süfrəyə verin.
Unutmayın ki xəmir xörəklər təkrar isidiləndə heç ləzzət eləmir.

Nuş olsun!
Etiketlər: əlavə, istiot, pendiri, qovurmaq, parmezan, etmək, qarışdırın, doğranmış, zeytun, ləzzət, qaydası, duzlu, qaynar, içində, suyun, pastanı, zamanda, eləmir, vurun, qatılıxda
BİZİ İZLƏYİN