• Yay pomidorlarını qışa saxlayın

Reseptin məlumatları Baxış sayı: 32 557

Tarix : 31-05-2014, 08:40

Bölmə : Məsləhətlər


Yeməklərin imtina edilməz ləzzəti pomidoru ən gözəl halıyla qışa saxlamaq istəsəniz sizə iki təklifimiz var: Sobada qurutma və buzluqda saxlama.
Asanca tətbiq edə biləcəyiniz bu üsullarla yay pomidorları il boyunca yeməklərinizə ləzzət qatmağa davam edəcək.

Sobada pomidor qurutma:
Sobada qurutma üçün uzunsov pomidorların orta ölçülüsünü seçin. Yuduğunuz pomidorları ikiyə bölüb, içini çıxarın. Daha sonra yağlı kağız sərilmiş bir soba nimçəsinə yerləşdirin. 60-70 dərəcə istilikdəki sobaya qoyub yaxşıca sularını çəkənə qədər təxminən 8-10 saat qurudun. Soyuduqdan sonra şüşə qablara töküb, rütubətsiz bir mühitdə saxlayın. Qurudulmuş pomidorları istifadə etmədən əvvəl ilıq suda yumşalmalarını təmin edin.

Yay pomidorlarını qışa saxlayın

Dondurulmuş pomidor hazırlama:
Uzunsov pomidorları rəndənin qalın tərəfi ilə rəndələyin. Çox suyunu süzüb, geniş ölçülü buz qəliblərinə qoyun. Buzluqda dondurun. Daha sonra uyğun paketlərə köçürüb buzluğa yerləşdirin. Bu şəkildə kiçik kublar halında hazırladığınız pomidoru, istədiyiniz miqdarı asanca nizamlayaraq yeməklərinizə əlavə edə bilərsiniz.
Etiketlər: «Quru», genişlik, pomidorları, sonra, qurutma, Sobada, yeməklərinizə, pomidor, yerləşdirin, pomidoru, Uzunsov, töküb, rütubətsiz, rəndənin, tərəfi, suyunu, rəndələyin, qablara, qalın, hazırlama, mühitdə, saxlayın
BİZİ İZLƏYİN