• Ləziz kekslər üçün

Reseptin məlumatları Baxış sayı: 39 181

Tarix : 31-05-2014, 08:56

Bölmə : Məsləhətlər


Keks növləri naharlarda, çay saatlarında, ara paylarda ən sevilən və seçilən ləzzətlər arasında iştirak edir. Yaxşı qabarmış, halı yerində, xoş ətirli iy verən bir keks bişirmək isə heç də çətin deyil!

Keks hazırlayarkən:
- Keks hazırlayarkən istifadə edəcəyiniz vəsaitin otaq istiliyində olmasına diqqət yetirin.

- Keks üçün əvvəl yumurtaları çırpıb, şəkəri əlavə edin və birlikdə yenidən çırpın. Daha sonra duru yağ, süd kimi maye vəsaitləri, ən son da unu əlavə edin.

- Resepinizdə otaq istiliyində kərə yağı ya da marqarin istifadə edilirsə, əvvəl kərə yağı ya da marqarini şəkərlə çırpın. Sonra üzərinə yumurta və digər vəsaitləri əlavə edin.

- Keks hazırlayarkən karbonat yerinə qabartma tozunu seçin.

- Keksinizi mikserlə çırpacaqsınızsa qarışdırma əməliyyatına aşağı tempdə başlayıb daha sonra yüksək tempə davam edin. Tərkibə un əlavə etdikdən sonra isə mikserin aşağı dövrünü istifadə edin.

- Keksinizə əlavə edəcəyiniz unda topalar qalmaması üçün ələyərək tərkibə qatın.

- Qabartma tozunu da unla birlikdə ələsəniz tərkiblə bərabər olaraq dağılar və keksiniz daha yaxşı qabarar.

- Keksinizə meyvə əlavə edəcəksinizsə, meyvə parçalarının dibə çökməsini önləmək üçün kəsdikdən sonra üzərlərinə un səpin.

- Keks hazırlyarkən meyvə, fındıq, qoz kimi vəsaitlər istifadə edəcəksinizsə xəmirin 1/3-nü ayırın. Qalan xəmirə bu vəsaiti əlavə edib qarışdırın. Qəlibə əvvəl ayırdığınız sadə xəmiri, daha sonra vəsaitli olanı tökün. Bu şəkildə hazırladığınız vəsaitlərin dibə çökməsini önləmiş olarsınız.

- Keksin qəlibdən asan çıxması üçün qəlibi əvvəl yağlayın, sonra unlayın və üzərinə xəmiri tökün. Qəlibə tökdüyünüz xəmiri gözlətmədən sobaya qoyun.

- Keks bişirərkən sobanı əvvəldən istilədin. 180- 200 dərəcə, keks bişirmək üçün idealdır.

- Bişmə əsnasında sobanın qapağını tez-tez açıb bağlamayın.

- Bişib bişmədiyini anlamaq üçün keksin orta qisiminə bir diş çöpü ya da bıçaq batırın. Xəmir bulaşmadan təmiz olaraq çıxırsa keksiniz bişmişdir.

- Keksi sobadan çıxardıqdan sonra qəlibin içində soyudun. Qəlibdən çıxarmaq üçün silkələyin, əgər bu şəkildə çıxmırsa bir bıçaqın ucunu qəlibin kənarlarına gəzdirərək qəlibdən ayırın.
Etiketlər: sonra, əlavə, əvvəl, istifadə, hazırlayarkən, meyvə, xəmiri, birlikdə, tozunu, vəsaitləri, aşağı, çırpın, üzərinə, olaraq, şəkildə, qəlibdən, qəlibin, tökün, Qəlibə, edəcəksinizsə
BİZİ İZLƏYİN