• Bir şiş də pomidor kababı qoy...

Reseptin məlumatları Baxış sayı: 821

Tarix : 13.07.2018, 18:00

Bölmə : Məsləhətlər




"Bir şiş də pomidor kababı qoy..." - Nəfsimizin güdazına gedə bilərik

Azərbaycan mətbəxinin əvəzolunmaz təamları kababı, lüləni, dana basdırmasını müşayət edən pomidor kababı dadına görə, heç də sadaladığımız çeşidlərdən geri qalmır. Manqalüstü təamın dadına bələdik. Amma ziyanlarından çoxları xəbərsizdir. Manqal hərarətində yanan pomidorun xərçəng xəstəliyinə müəyyən qədər səbəb olduğu iddia edilir

Bəzi tədqiqatlar göstərir ki, pomidor qabığı manqal hərarətinə düşdüyü zaman “Akrilamid” adlanan maddə formalaşır. Bu maddə həzm sistemində xərçəng xəstəliyinin yaranmasına səbəb olur.

Kabab ustası Anar Musayev deyir ki, pomidor kababını müştərilər çox sevir. Demək olar ki, bütün kababların yanında pomidor kababı da sifariş edilir. Pomidor kababı közün hərarətində 10 dəqiqəyə tam hazır olur.

Həkim isə bildirir ki, əgər yandırılmayıbsa, bişmiş pomidorun tərkibi çiy pomidorun tərkibindən daha zəngin olur. Qaldı ki, pomidor kababının xərçəng xəstəliyi yaratmasına, bütün qızardılmış yeməklərin zərərli təsirləri var.

Etiketlər: pomidor, kababı, pomidorun, xərçəng, bütün, hərarətində, maddə, dadına, səbəb, edilir, kababların, yanında, sevir, Demək, kababını, yaranmasına, xəstəliyinin, sistemində, Kabab, ustası
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN