• Mətbəximizdə bizi ölümə aparan əşya

Reseptin məlumatları Baxış sayı: 2 649

Tarix : 14-09-2017, 20:00

Bölmə : Məsləhətlər


Mikrodalğalı soba xanımların işini yüngülləşdirdiyi üçün, bu mətbəx əşyasını özləri ilə sevə-sevə cehiz aparırlar. Rahat üsul olduğuna görə, sobada tez-tez yemək və ya soyuducadan çıxarılmış meyvə qızdırılr.

Hətta bəzən buz dolabından çıxmış əti də mikrodalğalı sobaya donunu açmaq üçün qoyurlar. Əslində isə bu əşya mətbəxdə və həyatımızda özünə yer eləmiş ən zərərli texnikadır.

Xüsusən də övladlarınızı bu əşyadan maksimum uzaq tutun.

Bu gün hər dəqiqə mikrodalğalı sobada yemək qızdırıb uşaqlara verməklə, övladlarınızın səhhətini təhlükə altında qoyub, onların həzm sistemini körpəlikdən poza bilərsiniz. Yaxşı olar ki, qidaları dədə-baba üsulu ilə, qazdan istifadə edərək qızdırın. Hətta müasir tava və qazanlardan da ehtiyat edin . Çünki satışdakı tava və qazanların da materilları təhlükəlidir. Mikrodalğalı sobada işıq dalğaları təsiri ilə isidilən qidanın 97 %-i dəyərini itirir. O gücdə işıq molekullarının yemək və ərzaq molekullarını nə dərəcədə dəyişməsini təsəvvür etmək belə qorxuludur. Mikrodalğalı soba qidanın daxili strukturunu dəyişir, konsarogen maddələr yaradır, həzmi çətinləşdirir, qidanın təbii tərkibini məhv edərək kimyəvi tərkibini artırır. Statistikaya görə, bu sobadan çox istifadə edən adamlarda mədə-bağırsaq, onkoloji xəsətlikləri baş qaldırır.

Deyilənə görə, bu əşya SSRİ-də qadağan edilibmiş. Çünki Sovet alimləri mikrodalğalı sobanın xeyrindən çox zərərlərini vurğulayıblar.

Mikrodalğalı sobanı mətbəxdən uşaqlaşdırmaq lazımdır. Çünki sobanın nəinki içi, hətta ətrafı da radiaktiv süa ötürür. Belə olmasaydı, həkimlər dərmanların mikrodalğalı soba yanında, üzərində saxlanmasının əleyhinə olmazdı. Deməli burda nəsə var.

Mikrodalğalı soba – mikro dalğaların şüalanması vasitəsi ilə qidanın termo emalını həyata keçirən cihazdır. Mikro dalğalar – təxminən 2450 MHs tezliyində olan radio dalğalardır.

Mikrodalğalı sobanın korpusu və onun şüşəli qapısı mikro dalğalı şüalardan nisbətən qoruyur. Həmçinin bütün mikrodalğalı sobalar bloka düşən qurğularla təchiz edilmişdir, hansı ki, onları iş zamanı açmağa icazə verməyəcək, ya da ki qapısı açılarkən avadanlıq özü avtomatik olaraq sönür. Mikrodalğalı soba şüşə və ya korpusu zədələndiyi halda dana çox təhlükəli ola bilər.

Alimlər suyu mikrodalğalı sobada qaynamazdan əvvəl və sonra analiz ediblər. Məlum olub ki, elektromaqnit dalğaları sudakı molekulların strukturunu dəyişdirir. Axı orqanizmimizin yarısından çoxu məhz sudan ibarətdir!

Ona görə də mikrodalğalı sobalardan immuniteti zəif olan şəxslərin, hamilə qadınların və uşaqların istifadə etməsi təhlükəlidir. Məhsul və mayelərdən daxil olan pis energetika qanın və limfaların tərkibini dəyişdirir, xərçəng şişlərinin inkişafına təhrik edir.
Etiketlər: Mikrodalğalı, mikrodalğalı, qidanın, sobada, sobanın, yemək, istifadə, Çünki, tərkibini, edərək, korpusu, Hətta, dəyişdirir, qapısı, təhlükəlidir, mikro, dalğaları, strukturunu, Mikro, cihazdır
BİZİ İZLƏYİN