• Artıq soyuducunuzdan pis qoxular gəlməyəcək

Reseptin məlumatları Baxış sayı: 3 274

Tarix : 25-08-2018, 18:00

Bölmə : Məsləhətlər


Soyuducu - mətbəxin ən önəmli əşyalarından biridir. Ondan düzgün istifadə edib, məhsulları səliqə ilə yerləşdirməklə ömrünü uzatmaq olar.


Soyuducuya qulluq
- Əgər soyuducunun qapısının rezin ara qatı yapışmağa başlayıba, ona bitki yağı sürtmək lazımdır.
- Soyuducunun arxa divarına yığılan toz, elektrik enerjisi istehlakını artırır. Onu heç olmasa ildə bir dəfə təmizləmək lazımdır.

Defrost soyuducunun təmizlənməsi
- Əgər defrost soyuducuda xoşagəlməz qoxu qalıbsa, bir neçə aktivləşdirilmiş kömür həb vasitəsi ilə və çovdar çörəyi dilimi ilə aradan götürmək olar. Bu məhsulları sadəcə bir neçə dəqiqəyə soyuducuya qoymaq kifayətdir.
- Defrost soyuducunun arxa divarını qliserinlə sürtmək lazımdır.

Soyuducunu nə ilə yuyaq?
- Sodalı su və limon şirəsi və ya sirkə ilə yuyanda, soyuducudan xoşagəlməz qoxu gəlməyəcək.
- Suda əridilmiş naşatır spirti şüşə rəflərin və parlaq səthin təmizlənməsi üçün faydalıdır.
- Xardal tozu yağ ləkələrini təmizləmək üçün yaxşıdır.

Soyuducunun xoşagəlməz qoxusundan qurtulmaq üçün:
Xoş atmosfer yaratmaq və soyuducunun içində təravətli ətir olması üçün mağazadan hava fərahlandırıcı almaq lazım deyil. Evdə istifadə edəcəyiniz çoxlu təbii aromatizatorlar var. Sadəcə onları iki gündən bir dəyişmək lazımdır: - bir dilim çovdar çörəyi - alma - ətirli otlar (kərəviz, tərxun, reyhan, kəklikotu) - limon-duz, şəkər, əzilmiş aktivləşdirilmiş kömür, ardıc budağı, açıq üyüdülmüş qəhvə bankası.

Soyuducuda əriyib qalmış suları təmizləməyi unutmayın. Bu su adətən soyuducu kamerasının arxa divarında yerləşir. Pis qoxunun əsas mənbələrindən biri də o sayılır.
Etiketlər: soyuducunun, lazımdır, xoşagəlməz, təmizləmək, Soyuducunun, sürtmək, Defrost, aktivləşdirilmiş, limon, çörəyi, çovdar, kömür, təmizlənməsi, məhsulları, istifadə, çoxlu, edəcəyiniz, lazım, deyil, təbii
BİZİ İZLƏYİN